Sudanda atəşkəs razılaşmasına baxmayaraq, intensiv atışma və partlayış səsləri eşidilir

13:02, 29.04.2023

Sudanda atəşkəs razılaşmasına baxmayaraq, intensiv atışma və partlayış səsləri eşidilir. Ölkənin paytaxtı Xartum və Omdurman şəhərində hərbçilər arasında qarşıdurma davam edir.

Yayılan məlumatlara görə, Sudan ordusu hərbi aviasiyadan istifadə edərək “Çevik Dəstək Qüvvələri”  yarımhərbi qruplaşmasının mövqelərini bombaladı. Hərbi qərargah, Respublika sarayı və Xartum beynəlxalq hava limanı yaxınlığında da toqquşmalar baş verdi.

Məlumata görə, “Çevik Dəstək Qüvvələrinin” döyüşçüləri yaralı döyüşçüləri müalicə etmək üçün tibb işçilərini qaçırır. Afrika və ərəb ölkələrinin, eləcə də BMT və ABŞ-ın iştirakına baxmayaraq, Sudanın paytaxtında atəşkəs mümkün olmur.

Sudanda hərbi qarşıdurma 15 aprəldə başladı və nəticədə ən azından 512 insan həlak oldu, dörd mindən artıq insan xəsarət aldı.

Oxşar