Sudan və Cənubi Sudan arasında mübahisəli ərazidə hücum nəticəsində həlak olanların sayı 300-ü ötüb
Sudan və Cənubi Sudan arasında mübahisəli ərazidə hücum nəticəsində həlak olanların sayı 300-ü ötüb. Həlak olanlar arasında dəfn mərasiminə gedən onlarla şəxs var.
Hadisə Abiei regionunda, bazar ərazisində baş verib. “BBC” yazır ki, hücumu Sudan ordusu həyata keçirib. Bununla yanaşı, mənbə nəşrə açıqlayıb ki, Sudan Silahlı Qüvvələri Abieiyə hücumu bazarın hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri üçün yanacaq təchizatı məntəqəsi olması barədə məlumat aldıqdan sonra gerçəkləşdirib.
“Reuters” agentliyi yazır ki, Abiei Cənubi Sudan ilə Sudan tərəfindən birgə idarə olunan və hər iki ölkənin ərazinin ona məxsus olduğunu iddia etdiyi neftlə zəngin ərazidir.
Məlumat üçün bildirək ki, Sudanda 2023-cü ilin aprel ayından bəri Sudan Silahlı Qüvvələri ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında qarşıdurma davam edir.
Cənubi Sudan Sudandan 2011-ci ildə ayrılıb. Onun müstəqilliyini 100-dən çox ölkə tanıyır.