Sudan və Cənubi Sudan arasında mübahisəli ərazidə dron hücumu nəticəsində ən azı 73 nəfər həyatını itirib
Sudan və Cənubi Sudan arasında mübahisəli ərazidə dron hücumu nəticəsində ən azı 73 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb.
Medianın məlumatına əsasən, hadisə Abiei regionunda, bazar ərazisində baş verib. Sudan hakimiyyətinin bəyanatına əsasən, hücumu ehtimal ki, yerli silahlı qruplaşmalar həyata keçiriblər.
“Reuters” yazır ki, Abiei Cənubi Sudan ilə Sudan tərəfindən birgə idarə olunan və hər iki ölkənin ərazinin ona məxsus olduğunu iddia etdiyi neftlə zəngin ərazidir.
Media, yaralananlardan bir neçəsinin vəziyyətinin kritik olduğuna dair məlumat verir.
Məlumat üçün bildirək ki, Sudanda 2023-cü ilin aprel ayından bəri Sudan Silahlı Qüvvələri ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında qarşıdurma davam edir.
Cənubi Sudan Sudandan 2011-ci ildə ayrılıb. Onun müstəqilliyini 100-dən çox ölkə tanıyır.