Şuamta küçəsində qəzalı evlərin dəyişdirilməsi layihəsi çərçivəsində tikinti işləri ilə əlaqədar elan edilmiş tender başa çatıb
Şuamta küçəsində qəzalı evlərin dəyişdirilməsi layihəsi çərçivəsində tikinti işləri ilə əlaqədar elan edilmiş tender başa çatıb

 

Şuamta küçəsi 40a ünvanında qəzalı evlərin dəyişdirilməsi layihəsi çərçivəsində tikinti işləri ilə əlaqədar elan edilmiş tender başa çatıb. Bu barədə məlumatı Tbilisi Meriyası yayır.

Tbilisinin meri Kaxa Kaladzenin bu gün paytaxt hökumətinin iclasında dediyi kimi, qeyd olunan ərazidə 11 mərtəbəli, müasir standartlara cavab verən bina-tikili tikiləcək, bundan sonra da Eldari küçəsi 12 ünvanının sakinlərinin bir hissəsi təmir edilmiş yaşayış sahələri ilə təmin ediləcək.

“Meriya qeyd olunan sakinləri müvəqqəti icarə ilə təmin edəcək. Şuamta küçəsi 40a ünvanında tikilən yeni binadakı mənzillər Eldari küçəsi 12 (keçmiş 109 nömrəli məktəbin binası) ünvanının sakinlərinə veriləcək. Söhbət 55 mənzildən gedir” – Kaxa Kaladze bildirib.

Tbilisinin merinin məlumatına əsasən, Varketilinin üçüncü massivində, 10-cu kvartalın 9 ünvanında yerləşən qəzalı binanın dəyişdirilməsi məqsədilə tikinti işləri ilə əlaqədar elan edilmiş daha bir tender başa çatıb.

“Qeyd olunan ünvanda çox ağır vəziyyətdə olan 4 mərtəbəli yaşayış binası var idi. O, söküləcək və bu yerdə 10 mərtəbəli müasir standartlara cavab verən bina-tikili tikiləcək. Nəticədə 44 ailəyə tam təmirli mənzil veriləcək” – Kaxa Kaladze bildirib.

Kaladze qəzalı binalarda yaşayan əhalini bir daha “Qəzalı evlərin dəyişdirilməsi” proqramında fəal iştirak etməyə çağırıb.