Su polosu | Gürcüstanın U18 yığması Avropa çempionatında qrupun son matçını keçirib#1TVSPORT
Su polosu | Gürcüstanın U18 yığması Avropa çempionatında qrupun son matçını keçirib#1TVSPORT

 

Rumıniyanın Oradea şəhərində davam edən Avropa çempionatında 18 yaşadək su poloçuları arasında Gürcüstanın yığması qrup mərhələsinin son oyununu Malta yığmasına qarşı keçirib, 8:13 hesabı ilə məğlub olaraq qrupda üçüncü yeri tutub və 13-16-cı yerlər uğrunda mübarizə aparacaq.

Gürcüstan yığmasının tərkibi Maltaya qarşı :

Luka Kldiaşvili, Aleksandre Babiaşvili; Qiorqi Veşaquri (4 qol), Luka Mcedlişvili (1), Teimuraz Şonia (1), Qiorqi Abesadze (1), Luka Rubaşvili (1), İva Cubabria, Luka Xurtsilava, Qiorqi Surmava, Luka Lomidze, Levan Petaşvili, Andria Şervaşidze, Akaki Tsetsxladze.

Baş məşqçi: Zviad Davitiani.

Məşqçilər: Otar Koiava, İrakli Qoqiçaişvili, Deian Stanoieviç.

Qrupun ilk turunda Gürcüstanın yığması Almaniyaya 8:14 hesabı ilə məğlub oldu, Ukraynanı isə 17:8 hesabı ilə məğlub etdi.

Avropa çempionatı avqustun 24-də başa çatacaq.