Su polosu | “Apolo” Avropa Kubokunda Yunanıstanın “Apolon” klubunu məğlub edib #1TVSPORT
Su polosu üzrə Gürcüstan çempionu “Apolo” Avropa Kubokunun ikinci turunda Yunanıstanın “Apolon” komandasına ev sahibliyi edib və gərgin mübarizədə rəqibini 21:20 hesabı ilə məğlub edib.
İlk dörddəbir hissəni yunan su poloçuları üç top fərqi ilə qazanıblar, ikinci səkkizdəqiqəlik hissədə isə “Apolo” oyununu düzəldib və nəticədə ilk taym 10:10 hesabı ilə başa çatıb.
Gürcüstan çempionu üçüncü dörddəbiri iki top fərqi ilə qazanıb. Yekun dörddəbir hissə isə dəyişkən üstünlüklə keçib və matçın taleyi son saniyələrdə həll olunub – Dmitiri Alekseyevin dəqiq zərbəsi “Apolo”ya Avropa Kubokunda qələbə qazandırıb.
“Apolo”nun heyəti:
İqor Çirkov (qapıçı), Vuk Draşkoviç (3 qol), Saba Tğeşelaşvili (1), Srdan Vuksanoviç (1), Andria Bitadze (2), Duşan Vasiç (1), Matiya Sladoviç (1), Filip Qardaşeviç (2), Namania Vitso (2), Nikola Moskov (3), Draqolub Roqaç, Nino Mudraiya, Dmitri Alekseyev (5), Beka Kapanadze (qapıçı).
“Apolo” növbəti matçını yenidən Tbilisidə keçirəcək və İspaniyanın “Terrassa” klubuna ev sahibliyi edəcək.