"Strategiya Ağmaşenebelinin" Acara təşkilatının sədri - kimsə cəsarət etsin və saat 22:00-dan sonra bizi cərimələsin
"Strategiya Ağmaşenebelinin" Acara təşkilatının sədri - kimsə cəsarət etsin və saat 22:00-dan sonra bizi cərimələsin

Kimsə cəsarət etsin və saat 22:00-dan sonra bizi cərimələsin, – “Strategiya Ağmaşenebelinin” Acara təşkilatının sədri, Beka Diasamidze bəyan edir. Onun bəyan etdiyinə görə, Batumidə Acara hökuməti binası qarşısında etiraz aksiyası saat 18:00-da başlayacaq, mitinqçilər isə, hərəkət etmə bağlı tədbiq olunan məhdudiyyətlərə tabe olmağı planlaşdırmırlar.

“Burada müxtəlif partiyaların liderləri növbəçilik edirik. Aksiya iştirakçıları çadırlarda sabahı açdılar. Həmçinin eyni tələblə aksiyaya başalayacağıq – Tamar Jvaniya istefa versin və yeni seçkilər təyin edilsin. Bu ərazini kimsə tərk etməyəcək, məsuliyyəti üzərimə götürürəm, kimsə cəsarət etsin və cərimələsin”, – Beka Diasamidze deyir.

Aksiya iştirakçılarının bir hissəsi Acara hökuməti binası qarşısındadır. Küçədə bir neçə çadır açılıb və çıxış edənlər üçün səhnə quraşdırlıb.

Gürcüstanın yeddi böyük şəhərində gecə saatlarında hərəkətə məhdudiyyət bu gündən qüvvəyə minəcək. Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə hərəkət saat 22:00-dan saat 05:00-a qədər qadağan ediləcək.