Strasburqda, Avropa Parlamentinin cinahlarından birində Donald Trampın “Narıncı vəba” adlı heykəli qoyulub

20:38, 07.10.2026

 

Strasburqda, Avropa Parlamentinin cinahlarından birində Donald Trampın heykəli qoyulub.

Danimarkalı rəssam Yens Qalşiot tərəfindən yaradılan heykəlin hündürlüyü 2.5 metrdir. Tramp bir əlində ədalət tərəzisini, digərində isə qolf çubuğunu tutur. Oradaca qlobus formasında qolf topu da var. Pedestalın üzərində isə yazılıb: “Narıncı vəba”.

“Mən bir adamın belində oturmuşam. O, mənim çəkim altında əzilir. Onun belindən düşməkdən başqa, ona kömək etmək üçün hər şeyi edəcəyəm” – pedestalın üzərində yazılıb.

“Tramp qaydalara əsaslanan dünya, demokratik dəyərlər və iqlim böhranını həll etmək üçün birgə səylər üçün ən böyük təhlükələrdən birini təmsil edir. Biz bu problemi həll etməli və belə destruktiv təsirə qarşı birlikdə dayanmalıyıq” – heykəlin müəllifi Yens Qalşiot bildirib.

Onun izahatına əsasən, heykəl 23 karatlıq qızıl təbəqələrlə zərblənib və Hans Kristian Andersenin məşhur “İmperatorun yeni libası” nağılından ilhamlanaraq hazırlanıb.

Heykəl Avropa Parlamentinin binasında oktyabrın 8-dək qalacaq.

Oxşar