Strasburq məhkəməsinin qərarına əsasən, uzadılmış işğal işi üzrə Gürcüstanın xeyrinə Rusiya 253 milyon avrodan çox kompensasiya ödəməyə məcbur edilib
Strasburq məhkəməsinin qərarına əsasən, uzadılmış işğal işi üzrə Gürcüstanın xeyrinə Rusiya 253 milyon avrodan çox kompensasiya ödəməyə məcbur edilib

2025-ci il oktyabrın 14-də Strasburq məhkəməsi “Gürcüstan Rusiyaya qarşı, adlanan ‘uzadılmış işğal’ işi” üzrə kompensasiya barədə qərar qəbul edib.

Gürcüstan Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, qərara əsasən, Rusiyaya Gürcüstanın xeyrinə 253 milyon avrodan çox məbləğdə kompensasiya ödəmək öhdəliyi qoyulub.

“Məhkəmə Gürcüstan hökumətinin təqdim etdiyi kompleks hüquqi mövqeyi və sübutları qəbul edib və nəticədə, Rusiya Federasiyasına Gürcüstanın zərər çəkmiş 29 000-dən çox vətəndaşı üçün ümumilikdə 253 018 000 avro ödəmək öhdəliyi qoyulub.

Cəmiyyətə məlum olduğu kimi, bu iş üzrə 2024-cü il aprelin 9-da qəbul edilən qərarda Rusiya işğal olunmuş ərazilərdə və işğal xətti boyunca Gürcüstan əhalisinin kütləvi təqibi, saxlanması, hücumlar, qətllər və bu kimi hallara rəsmi dözümlülük siyasətinə görə tam məsuliyyət daşıyır. Bu hallar Gürcüstan ərazilərinin işğalı və “sərhədləşdirmə” prosesi fonunda baş verib.

Bugünkü qərar Rusiyaya qarşı qazanılmış tarixi işlərin məntiqi davamıdır. “Gürcüstan Rusiyaya qarşı (I)” adlı, rusiyadan gürcülərin kütləvi deportasiyası ilə bağlı iş üzrə Strasburq məhkəməsi etnik gürcülərin kütləvi şəkildə deportasiyasına və onların insan hüquqlarının kobud şəkildə pozulmasına görə Rusiya Federasiyasına 10 milyon avroya qədər kompensasiya ödəmək öhdəliyi qoymuşdu. Həmçinin, ictimaiyyətə tanış olan “Gürcüstan Rusiyaya qarşı (II)” – 2008-ci il avqust müharibəsi işi üzrə qərarda, həmin müharibə və onun nəticəsində Gürcüstan vətəndaşlarına qarşı baş vermiş kütləvi pozuntulara görə Rusiya Federasiyasına 130 milyon avroya qədər kompensasiya ödəmək öhdəliyi qoyulmuşdu.

Rusiya Federasiyası artıq Avropa Şurasının üzvü olmasa da, onun bu qərarların icrasına dair hüquqi öhdəliyi qüvvədə qalır və hər gecikmiş gün üçün müvafiq cərimə tətbiq olunur.

Bu qərarların icrası Avropa Şurasının Nazirlər Komitəsi çərçivəsində Gürcüstanın aktiv iştirakı ilə davam etdirilir.

Gürcüstan Ədliyyə Nazirliyi sübutların toplanmasında iştirak edən dövlət qurumlarına təşəkkürünü bildirir və bütün Gürcüstan xalqını bu tarixi qələbə münasibətilə təbrik edir,” – deyə Ədliyyə Nazirliyinin məlumatında qeyd olunur.