Strasburq Məhkəməsi tərəfindən təyin olunan 10 milyon avrnu Rusiya Gürcüstan dövlətinə üç ay müddətində köçürməlidir
Strasburq Məhkəməsinin bu günki qərarına əsasən, Gürcüstan dövlətinə üç ay müddətində, Rusiya Federasiyası tərəfindən 10 milyon avro təzminat köçürüləcək. Məbləğ zərər çəkənlərə paynalmalıdır, – bu barədə Əsliyyə naziri, Tea Sulukiani brifinqdə bəyan etdi.
Onun açıqlamasına görə, Strasburq Məhkəməsinin böyük palatası bir səs əleyhinə, 16 səs leyhinə “Gürcüstan Rusiyaya qarşı” işi üzrə, qərarı Gürcüstanın xeyrinə çıxardı.
“Bu işin iki mərhələsi var idi. 2014-cü ildə işin müzakirəsi Gürcüstanın qələbəsi ilə başa çatdı. Təzminat məsələsinə aid olan ikinci mərhələ isə, bu gün bu qərarla başa çatdı. Strasburq Məhkəməsinin bu günki qərarına əsasən, Gürcüstan dövlətinə üç ay müddətində, Rusiya Federasiyası tərəfindən 10 milyon avro təzminat köçürüləcək. Təzminat Rusiya tərəfindən 2006-ci ildə kütləvi qovulma nəticəsində zərər çəkənlərə paynalmalıdır”, – Tea Sulukiani bəyan etdi.
Onun dediyinə görə, təzminatın bölüşdürülməsi mexanizmi 18 ay müddətində işlənib hazırlanmalıdır.