Stiv Uitkof - Zelenski ilə Putinin görüşünə çox inanırıq, bütün digər məsələləri qismən həll etməyə və sonra artıq ərazi məsələlərini liderlərin özlərinə buraxmağa çalışdıq
Stiv Uitkof - Zelenski ilə Putinin görüşünə çox inanırıq, bütün digər məsələləri qismən həll etməyə və sonra artıq ərazi məsələlərini liderlərin özlərinə buraxmağa çalışdıq

 

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof Zelenski ilə Putin arasında görüşün mümkün olduğuna inandığını bildirib.

“Bu görüşə çox inanırıq. Hesab edirik ki, bütün digər məsələləri qismən həll etməyə və sonra artıq ərazi məsələlərini liderlərin özlərinə buraxmağa çalışdıq. Bəli, ərazilər üzərində çox işləyirik, fərqli konsepsiyaları müzakirə etməliyik. Müzakirə ediləsi bir çox variant var” – Uitkof bildirib.

Stiv Uitkofun sözlərinə əsasən, Ukrayna və Rusiya prezidentləri arasında təkbətək görüş iki əsas məsələni həll etməlidir: təhlükəsizlik zəmanətləri və ərazi məsələləri.