Stiv Uitkof və Vladimer Putinin görüşü keçirilir

16:34, 25.04.2025

 

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof Rusiya Prezidenti Vladimer Putinlə görüşür. Məlumatı Kremlin mətbuat katibi Dimitri Peskov da təsdiqləyir.

Moskvada davam edən danışıqlarda Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dimitriyev də iştirak edir.

Vladimer Putinlə Stiv Uitkoff arasında sonuncu görüş aprelin 11-də Sankt-Peterburqda keçirilib və təxminən dörd saat yarım davam edib.

Oxşar