Stiv Uitkof və Marko Rubio Ukraynada müharibə məsələsi ilə bağlı bu gün Parisdə avropalı həmkarları ilə danışıqlar aparacaqlar
Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və dövlət katibi Marko Rubio Ukraynada müharibəyə son qoymaq səylərini müzakirə etmək üçün bu gün Parisdə avropalı həmkarları ilə danışıqlar aparacaqlar. Bu barədə “BBC” yazır.
Uitkof və Rubio Fransa Prezidenti Emmanuel Makron və onun komandası ilə görüşəcəklər. Sonra ABŞ dövlət katibi fransız, alman və britaniyalı həmkarları ilə danışıqlar aparacaq. Avropanın milli təhlükəsizlik üzrə müşavirləri də görüşdə iştirak edəcəklər.
ABŞ Dövlət Departamenti bəyan edib ki, görüşlərdə Ukraynada müharibənin necə bitməsinə diqqət yönəldiləcək və bununla yanaşı, Uitkof Rusiya Prezidenti Vladimer Putinlə keçirilən görüş barədə hesabat təqdim edəcək.