Stiv Uitkof və Cared Kuşner Vladimer Putinlə görüşdən əvvəl Moskvayı gəziblər
Stiv Uitkof və Cared Kuşner Vladimer Putinlə görüşdən əvvəl Moskvayı gəziblər

 

ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə Rusiya Prezidenti Vladimer Putinin görüşündən əvvəl Stiv Uitkof və Cared Kuşner Moskvayı gəziblər.

Sosial şəbəkədə yayılan görüntülərdə Uitkof və Kuşneri Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyevin müşayiət etdiyi görünür.

Rusiya lideri görüş başlamazdan əvvəl Uitkofdan paytaxtda gəzintisi haqda soruşub və Uitkof Moskvanın möhtəşəm şəhər olduğunu deyib. Cavab olaraq Putin Moskva rəsmilərini şəhərin inkişafı üçün etdiklərinə görə tərifləyib.

Stiv Uitkof, Cared Kuşner və Vladimer Putin arasında Kremldə görüş indi keçirilir.