Stiv Uitkof və Cared Kuşner noyabrın 19-da Berlində ukraynalı və avropalı nümayəndələr ilə görüşəcəklər

22:57, 18.11.2026

 

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner noyabrın 19-da Berlinə səfər edəcəklər. Bu haqda məlumatı “Reuters” yayır.

Medianın məlumatında, onların ukraynalı rəsmi şəxslər və avropalı danışıqçılar qrupu ilə görüşəcəyi, həmçinin “İstəklilər koalisiyası”nın sammitində iştirak edəcəkləri deyilir.

Görüş başlamazdan əvvəl Almaniyanın kansleri Fridrix Merts Uitkof və Kuşneri qəbul edəcək. Daha sonra o, Böyük Britaniyanın Baş naziri Endi Bernem və Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

Bununla yanaşı, Kuşner və Uitkofun Merts, Makron, Bernem və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə iştirak edəcəyi birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

“Reuters”in yazdığı kimi, ABŞ administrasiyası nümayəndəsinin bəyanatına əsasən, Kuşner və Uitkofun keçirəcəyi görüşlərin əsas mövzuları Ukrayna üçün müharibədən sonrakı etibarlı təhlükəsizlik təminatlarının işlənib hazırlanması, kompleks iqtisadi bərpa planının irəli aparılması və çoxtərəfli danışıqların növbəti raunduna hazırlıq olacaq.

Alman tərəfinin məlumatına əsasən, sammitin gündəliyinə diplomatik səylərin uzlaşdırılması, Ukrayna üçün müharibədən sonrakı təhlükəsizlik təminatlarının işlənib hazırlanması və ölkəyə dəstək məsələləri olacaq.

Oxşar