Stiv Uitkof və Cared Kuşner Moskvaya gediblər

10:41, 12.11.2026

 

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner Moskvaya gediblər. Bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev sosial şəbəkədə yazır.

Dmitriyev Uitkof və Kuşneri Vnukovo Hava Limanında qarşılayıb.

O, ABŞ Prezidentinin xüsusi nümayəndələrinin Rusiya Prezidenti Vladimer Putinlə görüşmək üçün Moskvaya gəldiklərini bildirib.

Daha əvvəl Cared Kuşnerin bəyan etdiyi kimi, o və Stiv Uitkof Əbu-Dabidə müzakirə olunan məsələləri yekunlaşdırmaq və mübahisəli mövzular üzrə mövqeləri yaxınlaşdırmağa çalışmaq məqsədilə noyabrın 12-də Moskvada Vladimer Putinlə görüşəcəklər. O, Moskvadakı görüşdən sonra amerikalı nümayəndələrin Dublinə yola düşəcəklərini və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklərini bildirib.

Oxşar