Stiv Uitkof və Cared Kuşner İsrailə gediblər
Stiv Uitkof və Cared Kuşner İsrailə gediblər

 

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof və Cared Kuşner İsrailə gediblər.

Yerli medianın məlumatına əsasən, onların İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb və bu görüşdə ABŞ-nin vitse-prezidenti Cei Di Vens də iştirak edəcək. Onu çərşənbə axşamı İsraildə gözləyirlər.

Tərəflər Trampın sülh planını müzakirə edəcəklər.

Yayılmış məlumata əsasən, həmçinin Vens Qəzza sektorunda humanitar yardım mərkəzinə baş çəkəcək və girovların ailə üzvləri ilə görüşəcək.