Stiv Uitkof – Ukrayna və Rusiya Cenevrə danışıqlarından sonra liderlərə məlumat vermək və razılaşmaya nail olmaq üçün işləməyə davam etmək barədə razılığa gəliblər

11:13, 18.02.2026
FILE - U.S. Middle East envoy Steve Witkoff attends and interview after participating in a meeting with U.S. Secretary of State Marco Rubio, U.S. national aecurity adviser Mike Waltz, Russian Foreign Minister Sergei Lavrov and Russian President Vladimir Putin's foreign policy advisor Yuri Ushakov, at Diriyah Palace, in Riyadh, Saudi Arabia, Feb. 18, 2025. (Evelyn Hockstein/Pool Photo via AP)

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof Ukrayna, ABŞ və Rusiya arasında danışıqlardan sonra “əhəmiyyətli irəliləyiş” haqda bəyan edib.

Stiv Uitkofun bəyanatına əsasən, Ukrayna və Rusiya Cenevrədə keçirilən danışıqların ilk günü barədə liderlərinə məlumat vermək və razılaşmaya nail olmaq üçün işləri bərpa etmək barədə razılığa gəliblər.

Uitkof görüşlərə ev sahibliyi etdiyinə görə İsveçrəyə təşəkkür edib.

“Prezident Trampın göstərişi ilə Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Ukrayna və Rusiya ilə üçtərəfli danışıqların üçüncü raundu keçirilib. Prezident Trampın bu müharibənin hər iki tərəfini bir araya gətirməkdəki uğuru əhəmiyyətli irəliləyiş gətirdi və biz bu dəhşətli münaqişədə qətlləri dayandırmaq üçün onun rəhbərliyi ilə çalışmaqdan qürur duyuruq. Hər iki tərəf öz liderlərinə məlumat vermək və razılaşmaya nail olmaq üçün işləməyə davam etmək barədə razılığa gəliblər” – Uitkof yazır.

Oxşar