Stiv Uitkof Rusiyanın İranla kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı yayılan məlumatı təkzib etdiyini bildirir
Stiv Uitkof Rusiyanın İranla kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı yayılan məlumatı təkzib etdiyini bildirir

 

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof bildirib ki, Donald Tramp və Vladimer Putin arasında telefon danışığı zamanı Rusiya İranla kəşfiyyat məlumatlarının paylaşılması ilə bağlı yayılan məlumatı təkzib edib.

“Ruslar prezidentlə danışarkən dedilər ki, məlumat paylaşmırlar. Biz onların sözlərinə inana bilərik. Ümid edək ki, həqiqətən də məlumat paylaşmırlar” – Uitkof qeyd edib.

Bununla yanaşı, Stiv Uitkof əlavə edib: “Kəşfiyyat zabiti deyiləm və bunu deyə bilmərəm”.

Məlumat üçün bildirək ki, “Washington Post” mənbələrə istinadən Rusiyanın Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə hücumlar üçün İrana məlumat verdiyi haqda məlumat yaydı.