Stiv Uitkof - Rusiya Ukraynada sülhə nail olunmasına sadiq qalır və münaqişənin həlli üçün ABŞ-nin səyini təqdir edir
Stiv Uitkof - Rusiya Ukraynada sülhə nail olunmasına sadiq qalır və münaqişənin həlli üçün ABŞ-nin səyini təqdir edir

 

Rusiyanın xüsusi nümayəndəsi Kiril Dmitriyev prezident Trampın sülh planını irəli aparmaq üçün son iki gün ərzində Floridada Amerika nümayəndə heyəti ilə məhsuldar və konstruktiv görüşlər keçirib – bu haqda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof X sosial şəbəkəsində yazır.

Onun sözlərinə əsasən, Rusiya ABŞ-nin sülh səyini təqdir edir və sülhə nail olunmasına sadiq qalır.

“Rusiya Ukraynada sülhə nail olunmasına sadiq qalır. Rusiya Ukrayna münaqişəsinin həlli və qlobal təhlükəsizliyin bərpası istiqamətində Amerika Birləşmiş Ştatlarının səyini və dəstəyini təqdir edir” – Stiv Uitkof sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, Mayamidə ABŞ və Rusiya nümayəndə heyətləri arasında ikinci görüş də keçirilib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkof, Cared Kuşner və Ağ Evin əməkdaşı Coş Qruenbaum Rusiya Prezidenti Vladimer Putinin xüsusi nümayəndəsi Kiril Dmitriyevlə görüşüblər. Görüşdən sonra otelə qayıdan rus danışıqçı mediaya qısa şərh verib. Jurnalistin “Danışıqlar necə keçdi və müharibə tərəfdarları onlara maneə oldu yoxsa yox” sualına Kiril Dmitriyev “Onlar bunu edə bilmədilər və hər şey yaxşıdır” cavabını verib.