Stiv Uitkof - İranlı danışıqçılar 11 atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olduqlarını bildiriblər, biz İrana yenidən səhv hesablamalar etməməyi dedik
Stiv Uitkof - İranlı danışıqçılar 11 atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olduqlarını bildiriblər, biz İrana yenidən səhv hesablamalar etməməyi dedik

 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof bildirib ki, İranla danışıqlar başlayan andan Vaşinqtonun məqsədlərinə uyğun razılaşmaya razı olmayacaqları “tamamilə anlaşılan” idi.

Uitkof bildirib ki, iranlı danışıqçılar 11 atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olduqlarını bildiriblər.

Həmçinin, Stiv Uitkof Amerika Birləşmiş Ştatlarının İrana sülh müqaviləsi şəklində 15 maddəlik plan təqdim etdiyini təsdiqləyib.

“Sonda, İrana bir şey dedik: yenidən səhv hesablamalar etməyin” – Stiv Uitkof Ağ Evdə kabinetin iclasında qeyd edib.