Stiv Uitkof bu həftə Moskvaya səfər edəcək
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof bu həftə Moskva şəhərinə səfər edəcək. Bu barədə məlumatı Rusiya prezidentinin müşaviri Yuri Uşakov təsdiqləyib.
Ukrayna məsələsinin tənzimlənməsi çərçivəsində bu, Uitkofun Moskvaya dördüncü səfəri olacaq.
Qeyd edək ki, sabah – 23 aprel tarixində, Uitkof əvvəlcə Londonda Ukrayna məsələsinə dair planlaşdırılan danışıqlarda iştirak edəcək.