ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof bu gün Moskvaya gedəcək – bu haqda “CNN” yazır.
Medianın xəbər verdiyi kimi, ABŞ Prezidentinin müşaviri Cared Kuşner də Uitkofla birlikdə Rusiyaya gedəcək.
ABŞ nümayəndələrinin Rusiya Prezidenti Vladimer Putinlə görüşəcəyi gözlənilir.
Xatırladaq ki, dünən Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. ABŞ dövlət katibi Marko Rubio görüşün məhsuldar və faydalı olduğunu, lakin hələ görüləsi çox işin olduğunu bildirib.