Statusu dayandırılmış tələbələrə statuslarının bərpasından imtina edildiyi halda, təhsil müəssisəsini dəyişmək hüququ verilir

14:15, 20.08.2026

Ali təhsil islahatı çərçivəsində 2026–2027-ci tədris ili üçün dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrində müəyyən təhsil proqramları üzrə tələbə qəbuluna məhdudiyyətlərin tətbiqi ilə əlaqədar statusu dayandırılmış tələbələrə statuslarının bərpasından imtina edildiyi halda, təhsil müəssisəsini dəyişmək hüququ verilir.
Bu barədə Təhsil İdarəetmə İnformasiya Sistemi məlumat yayıb.
Dəyişikliyə əsasən, 2026–2027-ci tədris ili üçün dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinin qəbul edə biləcəyi təhsil proqramları və tələbə sayı müəyyənləşdirilib.
Buna görə də statusu universitetin tələbə qəbuluna məhdudiyyət qoyulmuş təhsil proqramında dayandırılan və məhz bu səbəbdən statusunun bərpasından imtina edilən tələbələrə 2026–2027-ci tədris ilində təhsil müəssisəsini dəyişmək hüququ veriləcək. Onlar təhsil müddətinin nə qədər davam etməsindən asılı olmayaraq, təhsillərini başqa ali təhsil müəssisəsində davam etdirə biləcəklər.
“Təhsil müəssisəsini dəyişmək hüququndan istifadə etmək üçün tələbə ərizə ilə Təhsil İdarəetmə İnformasiya Sisteminin hüquqi şəxs statuslu publik qurumuna müraciət etməlidir. Ərizə əsasında Təhsil İdarəetmə İnformasiya Sistemi müəyyən edilmiş qayda və müddətlərə uyğun olaraq tələbənin mobillik prosesində iştirakını təmin edəcək.
2026–2027-ci tədris ilinin payız semestri üzrə mobillik portalında qeydiyyat avqustun 24-də başlayacaq və sentyabrın 8-i saat 18:00-dək davam edəcək.
Əlavə məlumat üçün Təhsil İdarəetmə İnformasiya Sistemi ilə (+995 32) 2 200 220 nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz”, – deyə Təhsil İdarəetmə İnformasiya Sisteminin məlumatında bildirilir.

Oxşar