Statistika üzrə tədris mərkəzi yaradılır. Burada istəyənlər təlimlərdə iştirak etmək imkanı əldə edəcəklər
Statistika üzrə tədris mərkəzi yaradılır. Burada istəyənlər təlimlərdə iştirak etmək imkanı əldə edəcəklər. Bu barədə bu gün İqtisadi Siyasət Komitəsinin iclasında Milli Statistika Xidmətinin icraçı direktoru Qoqita Todradze bildirib.
Qoqita Todradzenin sözlərinə görə, infrastruktur artıq hazırlanıb və ilk təlim, böyük ehtimalla, oktyabr ayında keçiriləcək.
“Bir mövzu seçəcəyik, məsələn, inflyasiyanın hesablanması və bununla bağlı xüsusiyyətlər və ya, məsələn, iqtisadi artımın və ümumi daxili məhsulun necə hesablandığı. İstənilən istifadəçinin qeydiyyatdan keçmək imkanı olacaq və biz birgünlük kurs keçirəcəyik, bütün nüansları bölüşəcəyik. Təkcə nəzəriyyəni deyil, həm də onun hesablanması praktikasını izah edəcəyik. Bununla bir daha maksimum şəffaf olmağa və səlahiyyətlərimiz çərçivəsində ortaya çıxan istənilən suala cavab verməyə hazır olduğumuzu ifadə edirik. Yeri gəlmişkən, ilk təlim böyük ehtimalla oktyabr ayında keçiriləcək. İnfrastruktur artıq hazırdır və bununla bağlı ictimaiyyəti də məlumatlandıracağıq”, – deyə Todradze bildirib.