“Starring Georgia” – Şekvetilidə ölkənin ən böyük dino parkı “Dinotopiya” açılacaq
“Starring Georgia” ekosistemində daha bir yenilik – tezliklə Gürcüstanda 50-dən çox dinozavr və tarixdən əvvəlki dövrə aid məxluqun nümayiş olunacağı ən böyük dino parkı “Dinotopiya” açılacaq – bu haqda məlumatı “Starring Georgia” yayır.
Onların verdiyi məlumata əsasən, “Dinotopiya” Şekvetilidə, “Tsitsinatela” parkının yaxınlığında yerləşəcək və uşaqlar, gənclər, həmçinin Qara dəniz sahilinin istirahətçiləri üçün müasir idraki-əyləncə məkanı olacaq.
“Cartu” xeyriyyə fondu ilə Dövlət Əmlakının Milli Agentliyi arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, Ozurqeti Munisipalitetində “Tsitsinatela” parkının yaxınlığında yerləşən qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsini “Cartu” fondu MMC “Aqua Center”dən satın alıb və onu təmənnasız olaraq dövlətə verib. Bu ərazi mövcud əyləncə məkanına birləşdiriləcək. Nəticədə isə vahid, irimiqyaslı turizm kompleksi yaradılacaq. “Starring Georgia”nın məqsədi “Dinotopiya”nın mümkün qədər çox yerli və xarici turist cəlb etməsidir” – “Starring Georgia”nın məlumatında deyilir.
Bundan başqa, “Staring Georgia”nın məlumatına əsasən, bu, yeni iş yerlərinin yaradılması və yerli iqtisadiyyatın gücləndirilməsi üçün ən yaxşı məkan olacaq.
“Starring Georgia” ölkənin ən mühüm musiqi, mədəni və əyləncəli-idraki təcrübələrini özündə birləşdirən regionun əyləncə sənayesinin əsas oyunçusudur . “Starring Georgia” ekosisteminə: “Black Sea Arena”, Sosial Məkan, “Musiqiçilər Parkı”, “Tsitsinatela” parkı, “Miniatürlərdə Gürcüstan” parkı və Filarmoniya daxildir. Tezliklə bütün bunlara “Hekate Bağı” və “Dinotopiya” da əlavə olunacaq” – “Starring Georgia”nın məlumatında deyilir.