Stansiya meydanı bazarında yanğın söndürülüb

 

Stansiya meydanı bazarında yanğın söndürülüb. Bu barədə jurnalistlərə Tbilisinin Yanğınsöndürən-xilasetmə Qüvvələrinin Baş İdarəsinin rəhbəri Levan Museliani açıqlayıb.

O bildirib ki, bu mərhələdə ayrı-ayrı yanğın ocaqlarının üzərində işlənilir.

“112-dən daxil olan məlumat əsasında, yanğın “Borcomi Vağzalı”na yaxın əraziyə, ticarət zonasına yayılmışdı. Yanğınsöndürən-xilasedicilər tərəfindən vaxtında müdaxilə edildi. Qruplar əraziyə vaxtında gəldilər. Yanğının söndürülməsinə təxminən 30 yanğınsöndürən-xilasetmə avtomobili, eləcə də şəxsi heyət qoşulub. Yanğınsöndürən-xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb. Bu mərhələdə yanğın söndürülüb. Yanğın ocaqlarının üzərində işlənilir” – Levan Museliani bildirib.

O, yanğınsöndürən-xilasedicilər tərəfindən yaxınlıqdakı ərazidə olan klinikalardan pasiyentlərin təxliyə edildiyini bildirib.

“Yaralananlar barədə bu mərhələdə məlumatımız yoxdur. Kvadrat ölçüsünə gəlincə, təxminən 15 000 kvadratmetr ərazini əhatə edən qarışıq bazar ərazisi yanıb və bu mərhələdə boğucu yanğın ocaqlarının söndürülməsi işləri aparılır” – Museliani bildirib.