"Standard & Poor`s" reytinq agentliyi - Gürcüstanın bank sektorunun tənzimlənməsi və nəzarəti regionda qabaqcıl mövqedədir
"Standard & Poor`s" reytinq agentliyi - Gürcüstanın bank sektorunun tənzimlənməsi və nəzarəti regionda qabaqcıl mövqedədir

 

Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” bank sektorunun riskinin qiymətləndirilməsinin növbəti yeniləməsini dərc edib. Sənəddə Mərkəzi Asiya və Qafqaz regionunun bank sektorunun ümumi meylləri, güclü və zəif tərəfləri, əsas çağırışlar və makroiqtisadi risklər nəzərdən keçirilib.

Gürcüstan Milli Bankının məlumatına əsasən, iqtisadiyyatın və bank sektorunun risklərinin ümumi qiymətləndirilməsinə əsasən, Gürcüstan ölkələrin yeddinci qrupunda yer alıb, bu isə Qazaxıstanla birgə regionda ən yaxşı göstəricidir.

“Hesabatda nüfuzlu reytinq şirkəti xüsusilə qeyd edir ki, Gürcüstanın bank sektorunun tənzimlənməsi və nəzarəti regionda qabaqcıl mövqedədir.

Agentliyin qiymətləndirməsinə əsasən, “IFRS Stage 3” kreditlərinin portfeldə payına görə, gürcü banklarının aktivlərinin keyfiyyəti regionda ən yaxşıdır, kredit riski xərci isə minimaldır.

Qeyd etmək lazımdır ki, gürcü banklarının təmiz faiz marjası regionda ən aşağıdır.

Reytinq agentliyi “S&P” Gürcüstanın regionda innovator olaraq, əsasən Avropa İttifaqında tətbiq olunan direktivaya (BRRD) əsaslanan bankların rezolyusiya çərçivəsini Avropa direktivinə daha da yaxınlaşdıracağını gözləyir” – məlumatda qeyd olunub.