Dünyada qatarlar istehsal edən İsveçrə lider şirkəti, “Stadler Rail AG” Tbilisidə vaqonistehsalı və vaqontəmiri zavodunu inşa edəcək.
STADLER şirkətinin prezidenti, Piter Şpuleri Gürcüstanın baş naziri, Giorgi Marqvelaşvili ilə bu gün görüşdü və bölgə silial şirkətinin inşası, qəbul edilmiş qərarlar və planlaşdırılmış işləri ilə tanış etdi.
Yeni zavod hərəkət edən tərkiblə, necə Gürcüstan dəmiryolunu, eləcə də Tbilisi metrosunu təmin edəcək. Texniki və kommersiya baxımından ixrac sifarişlərinə də işləyəcək.
Dünyada qatarlar istehsal edən İsveçrə lider şirkəti, Gürcüstanda sərmayə üçün hazır olduğunu keçən ilin iyununda bəyan etdi. Bundan sonra STADLER və İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında memorandum imzalandı .
Tikinti üçün paytaxtın şəhərkənarında mümkün üç yer müzakirə olunur.
Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan Maliyyə naziri, Mamuka Baxtadze iştirak edirdi.