Şri-Lanka həbsxanasında iğtişaşlarda azı 25 məhbus həyatını itirib, 100-dən çox insan yaralanıb
Şri-Lanka həbsxanasında iğtişaşlarda azı 25 məhbus həyatını itirib, daha 100-dən çox insan yaralanıb.
Qarşıdurma Neqomboda yerləşən cəzaçəkmə müəssisəsindəki məhkumlar ilə müvəqqəti təcrid edilmiş müttəhimlər arasında hələlik məlum olmayan səbəbdən baş verib.
Hazırda həbsxananın ərazisinə hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər cəlb olunub.
Yaralananların və həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam edir.