Sozar Subari - Qoça Lortkipanidzeyə Haaqa Məhkəməsində uğurlar arzulayıram, onun peşəkarlığına, sakitliyinə həmişə heyran idim
Qoça Lortkipanidzeyə uğurlar arzulayıram, onun peşəkarlığına, sakitliyinə həmişə heyran idim, – bu barədə Gürcüstan Parlamentinin Özünüidarəetmə Komitəsinin sədri, Sozar Subari bəyan etdi.
“Qoça Lortkipanidzeyə uğurlar arzulayıram. Çünki o, çox peşəkar insandır. Bunu Haaqa Məhkəməsinə onun seçilməsi təsdiq etdi, bu başqa cür ola bilməzdi. Onun işgüzar görüşüm çox olub və onun peşəkarlığına, sakitliyinə həmişə heyran idim. O ki, qaldı nazirin kim olmasına, bu barədə məlumatım yoxdu, onu baş nazir təyin edəcək”, – Subari bəyan etdi.
Haaqanın Beynəlxalq Cinayət Məhkəməsində yeni seçilmiş hakimlərin andiçmə mərasimi keçirildi. Altı yeni seçilmiş hakimlə birlikdə, Gürcüstan Ədliyyə naziri, Qoça Lortkipanidze də hakim andını içdi. Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, Qoça Lortkipanidze Haaqanın Beynəlxalq Cinayət Məhkəməsinə seçilən ilk gürcü hakimidir. Haaqada nümayəndəmiz bu günə qədər olmayıb. Qoça Lortkipanodzenin namizədliyini 76 deleqat dəstəklədi. Onu doqquz illiyinə seçdilər. Haaqa Məhkəməsində hakim vəzifəsinin icrasına qədər, Qoça Lortkipanidze işini Gürcüstan Ədliyyə naziri vəzifəsində davam etdirəcək