Sozar Subari - konstitusiyadan yüksək heç kim dura bilməz, özümə icazə verə bilmərəm ki, Ali Ədliyyə Şurasına göstəriş verim, iclası nə vaxt keçirsinlər
Konstitusiyadan yüksək heç kim dura bilməz, mən şəxsən özümə icazə verə bilmərəm ki, Ali Ədliyyə Şurasına göstəriş verim, iclası nə vaxt keçirsinlər və nə vaxt keçirməsinlər, nə cür hərəkət etsinlər, – bu barədə Parlament çoxluğunun üzvü, Sozar Subari hakimlərin təyin edilməsi məsələsi barəsində səfir, Kelli Deqnanın bəyanatınə dəyərləndirərkən bəyan etdi.
Subarinin dediyinə görə, Ali Ədliyyə Şurası lazım hesab etsə, gündəmə dəyişiklik etsin, bu onların hüququdur.
Sozar Subari açıqlayır ki, hakimiyyət şaxələri bir-birindən ayrılıbdır, bu isə, məhz elə qərb standartıdır.
“Gürcüstan konstitusiyası mövcuddur və ondan yüksək heç kim və heç nə dura bilməz. Mən şəxsən özümə icazə verə bilmərəm ki, Ali Ədliyyə Şurasına göstəriş verim, iclası nə vaxt keçirsinlər və nə vaxt keçirməsinlər, nə cür hərəkət etsinlər. Ali Ədliyyə Şurası lazım hesab etsə, gündəmə dəyişiklik etsin. Bu onların hüququdur, buna görə, hakimiyyət şaxələri bir-birindən ayrılıbdır, bu isə, məhz elə qərb standartıdır, ilk növbədə Amerika standartıdır ki, qanunvericilik orqanının hüququ yoxdur məhkəmənin işinə qarışsın. İcraedici hakimiyyətin isə, qanunvericiliyin işinə qarışmağa hüququ yoxdur və sair. Gürcüstan konstitusiyası mövcuddur və ondan irəli gəən qanunlar mövcuddur. Buna mən qarışa bilmərəm, buna heç bir Parlamentin üzvü qarışa bilməz, məncə, bunu o ölkələr nəzərə almalıdırlar, hansılar da bu standartları bizə verdilər, nəyə də hakimiyyət şaxələrinin ayrılması deyilir”, – Subari bəyan etdi.
ABŞ-ın Gürcüstandakı səfiri, Kelli Deqnan məhkəmə islahatı barəsində söhbət etdi və ümidvar olduğunu ifadə etdi ki, Ali Ədliyyə Şurası hakimlərin təyin edilməsi prosedurunun vaxtını uzadacaq.