Soyğundan üç gün sonra Luvr Muzeyi ziyarətçilər üçün açılıb
Soyğundan üç gün sonra Luvr Muzeyi ziyarətçilər üçün açılıb

 

Soyğundan üç gün sonra Luvr Muzeyi yerli vaxtla saat 09:00-da ziyarətçilər üçün açılıb. Bu haqda məlumatı “Reuters” yayır.

Parisin Luvr Muzeyində soyğun hadisəsi oktyabrın 19-da baş verib, bir neçə maskalı şəxs kran vasitəsilə pəncərədən muzeyə daxil olub.

Paris Prokurorluğunun məlumatına əsasən, soyğuna altı-yeddi dəqiqə lazım olub və silahsız dörd nəfər iştirak edib.

Cinayətkarlar Fransanın kraliyyət tacı kolleksiyasından doqquz əşya aparıblar, onlardan birini – III Napoleonun həyat yoldaşının tacını qaçarkən itiriblər.

Luvr muzeyindən eksponatların oğurlanması nəticəsində dəymiş ziyan 88 milyon avro həcmində qiymətləndirilib.