Şovidə 2023-cü ilin təbii fəlakəti zamanı həlak olmuş şəxslərin xatirəsinə hörmət əlaməti olaraq memorial tikilir
Şovidə 2023-cü ilin təbii fəlakəti zamanı həlak olmuş şəxslərin xatirəsinə hörmət əlaməti olaraq memorial tikilir

 

Gürcüstanın İnfrastruktur Nazirliyinin məlumatına əsasən, Şovidə Dəmir Suyu adı ilə bilinən ərazinin yaxınlığında 2023-cü ilin təbii fəlakəti zamanı həlak olmuş şəxslərin xatirəsinə hörmət əlaməti olaraq memorial tikilir.

Gürcüstanın infrastruktur naziri Revaz Soxadze Gürcüstan Parlamentinin üzvü Qoça Enukidze və Raca-Leçxumi və Kvemo Svanetinin dövlət nümayəndəsi Papuna Marqvelidze ilə birlikdə memorialın tikinti prosesi ilə yerində tanış olub.

“Memorial 2023-cü ilin avqustun 3-də təbii fəlakət zamanı həlak olmuş şəxslərin xatirəsinə hörmət əlaməti olaraq tikilir. Layihə yerli büdcədən maliyyələşdirilir və 2025-ci ilin avqustunda başa çatdırılması planlaşdırılır. İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti təbii fəlakət nəticəsində zədələnmiş Şoviyə aparan iki körpünün tikintisini və bərpasını planlaşdırıb” – Gürcüstanın İnfrastruktur Nazirliyinin məlumatında deyilir.