Sovet İşğalı Həftəsi çərçivəsində Milli Müdafiə Akademiyasının yunkerləri rəmzi qaçış təşkil ediblər
Davit Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasının yunkerləri 1921-ci ildə Kocori-Tabaxmela ərazisində həlak olmuş yunkerlərin xatirəsini yad ediblər.
Gənclər Kocori-Tabaxmela döyüşlərində həlak olan yunkerlərin xatirəsinə ehtiram əlaməti olaraq, rəmzi 1921 metrlik qaçış təşkil ediblər və memorial yaxınlığında onların xatirəsini ehtiramla yad ediblər.
Milli Müdafiə Akademiyasının yunkerləri bu günə qədər qorunub saxlanmış səngərlərə də baxış keçiriblər və 1921-ci ilin döyüşləri haqqında Milli Müdafiə Akademiyasının hərbi tarixçisi Qiorqi Beridzenin mühazirəsini dinləyiblər.
Milli Müdafiə Akademiyasının yunkerlərinin iştirakı ilə tədbir Sovet İşğalı Həftəsi çərçivəsində keçirilib.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.