Şotlandiyada kiçikölçülü təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
Şotlandiyada, Draymen kəndində kiçikölçülü təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Məlumatı “Sky News” Şotlandiya polisinə istinadən yayır.
Ölkə polisində bəyan edildiyi üzrə, 80 yaşlı kişi və 16 yaşlı oğlan hadisə yerindəcə həlak olublar.
Rəsmi qurumlar təyyarə qəzası faktı ilə bağlı artıq istintaqa başlayıblar.
Bununla yanaşı, hadisənin baş verdiyi ərazinin yaxınlığında dronların istifadəsinə məhdudiyyət qoyulub.