Şota Rustaveli adına Dövlət Teatr və Kino Universiteti bəyanat yayır
Şota Rustaveli adına Dövlət Teatr və Kino Universiteti bəyanat yayır

 
Gürcüstanın Şota Rustaveli adına Dövlət Teatr və Kino Universiteti bəyanat yayır. Universitetdən açıqladıqları üzrə, rektorun hər bir tələbənin işinə baxıb yekun qərar vermək üçün bir ay vaxtı var.

Həmçinin, Dövlət Teatr və Kino Universitetində izah edirlər ki, rektor tərəfindən tələbələrin statusuna xitam verilməsi ilə bağlı əmr hələ verilməyib.

“Etika Komissiyası tərəfindən martın 7-də qəbul edilmiş qərara ictimai marağın yüksək olmasından irəli gələrək izah etməyi zəruri hesab edirik: rektor tərəfindən tələbələrin statusuna xitam verilməsi ilə bağlı əmr hələ verilməyib; Tələbələrin üç iş günü ərzində Etika Komissiyasının qərarından şikayət etmək və rektora yazılı müraciət etmək hüququ vardır; Rektorun hər bir tələbənin işinə baxıb yekun qərar vermək üçün bir ay vaxtı var” – bəyanatda qeyd olunub.