Sosioloji tədqiqata əsasən, Viktor Orbanın partiyası 18 il ərzində ilk dəfə Macarıstanda artıq ən populyar partiya deyil

20:20, 24.10.2024

 
Viktor Orbanın partiyası “Fidesz” 18 il ərzində ilk dəfə Macarıstanda artıq ən populyar partiya deyil. “Publicus Institute” analitik mərkəzi tərəfindən aparılmış tədqiqata əsasən, müxalifət partiyası “Tisa” Viktor Orbanın partiyasını bir qədər qabaqlayır.

Oktyabrın 11-dən oktyabrın 18-i də daxil olmaqla keçirilən sorğu əhalinin 24%-nin müxalif Piter Madiarın partiyasını, 23%-nin isə Viktor Orbanın partiyasını dəstəklədiyini göstərib. Seçkilərdə iştirak edəcəklərini deyən vətəndaşlara gəlincə, səslər belə bölünüb: 39% – “Tisa”, 37% – “Fidesz”.

Oktyabrın birinci yarısında 21 tədqiqat mərkəzi tərəfindən keçirilmiş digər sorğu göstərib ki, seçkilərdə iştirak etməyi planlaşdıran vətəndaşlar arasında “Tisa” 42%, “Fidesz” isə 40%-lik dəstəyə malikdir. Ümumi seçicilərə gəlincə, “Fidesz” bu sorğuda 29% dəstəklə yenə də liderlik edir və “Tisa”nı 3 faiz bəndi qabaqlayır.

“Biz tarix yazırıq. 18 ildir ki, belə bir şey görməmişik. Macarıstan mesaj göndərdi: Viktor Orbanın rejimi bitdi” – Piter Madiar bildirib.

Oxşar