Sosioloji tədqiqata əsasən, polyakların 47 faizi Donald Tusk koalisiyasının hakimiyyətdə daha bir müddət qalmağa layiq olmadığını hesab edir

19:36, 18.08.2026

 

Polyakların 47%-dən çoxu Donald Tuskun hakim koalisiyasının hakimiyyətdə daha bir müddət qalmağa layiq olmadığını hesab edir. Bu barədə Polşa mediası məlumat yayır.

“UCE Research”in sorğusunun nəticələrinə əsasən, hakim “Mülki Koalisiya”nın daha bir şansa layiq olub-olmaması ilə bağlı suala respondentlərin 47.4%-i mənfi cavab verib, 16%-i isə “çox guman ki, bəli” deyib.

Tuskun komandasına münasibətdə müsbət mövqeyi isə rəyi soruşulanların 31.4%-i ifadə edib.

Bununla yanaşı, avqust ayında keçirilmiş daha bir sorğu göstərib ki, polyakların təxminən 60%-i Tusk hökumətinə tənqidi yanaşır.

İctimai rəy sorğusu avqustun 14-dən 16-dək keçirilib və ümumilikdə 1011 respondentin rəyi soruşulub.

Oxşar