Sosioloji sorğuya əsasən, seçicilərin 47.4 faizi Rəcəb Tayyib Ərdoğanı, 45.3 faizi müxalifətin namizədini dəstəkləyir
Türkiyədə keçirilən yeni sosioloji sorğuya əsasən, seçicilərin 47.4 faizi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir.
“Optimar” mərkəzinin apardığı sorğuya görə, Türkiyə müxalifətinin namizədi, Kamal Kılıçdaroğlunun 45.3 faizi var. Üçüncü yerdə Muharem İncedir. Təşkilat sorğunu 13-18 martda apardı.
Partiyalara gəlikdə, Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası” seçicilərin 38.4 faizi, “Cümhuriyyət Xalq Partiyası” 25.9 faiz, “Xalqların Demokratik Partiyası” 9.5 faiz, “İyi Partiya” 7.8 faiz, “Millətçi Hərəkat Partiyası” 7.7 faiz, “Vətən” 6.2 faiz.
Türkiyədə prezident və Parlment seçkiləri 14 mayda keçirləcək.