Sosioloji araşdırmaya görə, Polşada sorğuda iştirak edənlərin əksəriyyəti Ukraynanın Avropa İttifaqına üzvlüyünün əleyhinədir

14:31, 29.07.2026

Polşada sorğuda iştirak edənlərin əksəriyyəti Ukraynanın Avropa İttifaqına üzvlüyünün əleyhinədir. Respondentlərin 52%-i Ukraynanın Aİ-yə qoşulmasına qarşı çıxır, 33%-i isə bunu dəstəkləyir.

Opinia24 şirkəti tərəfindən keçirilən sosioloji araşdırmaya əsasən, sorğuda iştirak edən polşalıların 44%-i hesab edir ki, Varşava “Ukrayna Üsyançı Ordusu” ətrafında mövcud tarixi məsələlərə görə Ukraynaya hərbi yardımı dayandırmalıdır. 41% isə dəstəyin davam etdirilməsinin vacib olduğunu düşünür.

Həmçinin sorğuda iştirak edənlərin əksəriyyəti – 55%-i Prezident Karol Navrotskinin Zelenskiyə “Ağ Qartal” ordeninin verilməsindən məhrum edilməsi qərarını dəstəkləyir, 27%-i isə bunun əleyhinədir.

Araşdırma həmçinin polyaklarla ukraynalılar arasındakı münasibətlərin pisləşdiyini göstərib. Respondentlərin 36%-i müharibə başlayandan sonra münasibətlərin pisləşdiyini bildirib.

Ən böyük razılıq isə müharibə başa çatdıqdan sonra Ukraynaya polşalı hərbçilərin göndərilməsi məsələsində müşahidə olunur. Sorğuda iştirak edənlərin 65%-i Ukraynaya hərbçilərin göndərilməsinə qarşıdır, bu ideyanı isə yalnız 18% dəstəkləyir.

Sosioloji sorğu iyulun 13-dən 15-dək keçirilib və sorğuda Polşanın 1000 vətəndaşı iştirak edib.

Oxşar