Sosial şəbəkədə Salome Zurabişviliyə hava limanında yumurta atıldığını əks etdirən video yayılır

14:00, 18.02.2025

 
Münhen Təhlükəsizlik Konfransından qayıdan Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilini Tbilisinin Beynəlxalq Hava Limanında təhqir ediblər və ona yumurta atıblar.

Hadisənin videosu sosial şəbəkədə yayılıb. Salome Zurabişvilini “QHT-nin agenti”, qul, satqın adlandırıblar.

Məlumat üçün bildirək ki, dünən hava limanında “Qaxaria Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxarianı da qarşılayıblar və ona yumurta atıblar.

Oxşar