Sosial şəbəkədə Qiorqi Qaxarianın hava limanında təhqir edildiyini və ona yumurta atıldığını əks etdirən video yayılır
“Qaxaria Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxaria hava limanında təhqir edilib və ona yumurta atıblar.
Hadisənin videosu sosial şəbəkədə yayılıb. Qiorqi Qaxarianı prinsipsiz, agent və satqın adlandırıblar.
Bununla yanaşı, “Qaxaria Gürcüstan Naminə” partiyası hava limanında baş verən insidentlə bağlı bəyanat yayıb və bəyanatda qeyd olunub : “İvanişvili Münhen Təhlükəsizlik Konfransından qayıdarkən Qiorqi Qaxaria və Elquca Xokrişvilini hava limanında mütəşəkkil “zonder qrupla” qarşılayıb, polis hərəkətsizliyi ilə buna kömək edib”.