Sosial cəhətdən həssas və çoxuşaqlı ailələr üçün elektrik enerjisi subsidiyasının məbləği artır
Sosial cəhətdən həssas və çoxuşaqlı ailələr üçün elektrik enerjisi subsidiyasının məbləği artır. Dəyişikliyin məqsədi yeni tarif müəyyən edildikdən sonra elektrik enerjisi haqqının onlar üçün dəyişməz qalmasıdır.
Bu haqda məlumatı Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır.
Hökumətin qərarına əsasən, reytinq balı 70 000-dən az olan ailələr əlavə 5 tetri subsidiyalaşdırılacaq. Ümumilikdə, onlar yardım şəklində, 2020-ci ilin dekabr və 2015-ci ilin iyul aylarında mövcud istehlak tarifi arasındakı fərqə əlavə olaraq 1 kVt saat üçün 8.5 tetri alacaqlar. Bu vaxta qədər bu göstərici 1 kVt saat üçün 3.5 tetri təşkil edirdi.
Reytinq balı 70 000-dən çox və 150 000-dən az və ya ona bərabər olan ailələr isə 200 kVt saat elektrik enerjisinə görə 1 kVt saat üçün 8.5 tetri miqdarında subsidiya alacaqlar. Bu vaxta qədər bu göstərici 1 kVt saat üçün 3.5 tetri təşkil edirdi.
Yenilik Tbilisi Munisipalitetindən başqa, bütün ölkə miqyasında yaşayan benefisiarlara şamil ediləcək.
“Çoxuşaqlı ailələrə gəlincə, elektrik enerjisinin yeni tarifinə uyğun olaraq, əlavə 10 lari subsidiya alacaqlar. Bütün ölkə miqyasında bu statusa malik ailələr sosial güzəşt şəklində elektrik enerjisi ödənişinə görə 20 lari əvəzinə 30 lari alacaqlar. Buna hər sonrakı uşaq üçün 10 lari subsidiya əlavə olunur. Dəyişiklik artıq qüvvəyə minib. Hökumətin qərarı aprelin 1-dən qüvvəyə minib” – Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.