Sortada rezervistlər and içdilər
Sortada rezervistlər and içdilər

Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 10-cu kadr briqadasının 101-ci, 102-ci və 103-cü batalyonunun ehtiyatda olan əsgərləri Sortada hərbi and içdilər.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının rəisi, briqada generalı Roman Coxadze ehtiyatda olan hərbçiləri ehtiyata qəbul olunmaları münasibətilə təbrik etdi və onlara vətən qulluğunda uğurlar arzuladı.

Andiçmə mərasimində Müdafiə Qüvvələrinin Qərb komandanı, briqada generalı Koba Qriqolia, yerli hökumət nümayəndələri və işlə təmin edənlər iştirak etdilər. Müdafiə Qüvvələrinin nümayəndələri ehtiyatda olanlara, işlə təmin edənlərə və Meriyanın nümayəndələrinə siqel və sertifikatlar təqdim etdilər. Tədbirdən sonra 101-ci kadr batalyonunun kəşfiyyat iyirimiliyi nümunəvi-taktiki tapşırığı yerinə yetirdi.

Ehtiyatda olan hərbçilərin intensiv döyüş hazırlığı ildə 45 günə qədər olan dövrü əhatə edir və 12 ay ərzində bərabər bölünür. Hazırlıq kursunun əsas məqsədi ehtiyatda olan hərbçilərin bölmələrin səhra toplanışlarında həqiqi döyüş vərdişlərinə yiyələnmələridir. Ərazi ehtiyatı müddətində ehtiyatda olanlar sosial-hüquqi müdafiə ilə təmin olunacaqlar. Tələbələr ehtiyatda olan bir müqaviləni başa vurduqdan sonra məcburi hərbi xidmət keçmiş sayılırlar. Ehtiyata qəbul könüllü və ödənişlidir.