Sorğuya əsasən, fikri soruşulan avropalıların 53%-i Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş qaydada üzvlüyünə qarşıdır, 47%-i isə üzvlüyün tərəfdarıdır

14:07, 13.10.2026

 

Avropa İttifaqı vətəndaşlarının 53%-i Ukraynanın bloka sürətləndirilmiş qaydada üzvlüyünə qarşı çıxır, 47%-i isə bunun tərəfdarıdır – bu barədə beynəlxalq “Bertelsmann Fondu”nun iyun ayında keçirdiyi tədqiqatda deyilir.

Sorğuda Avropa İttifaqına üzv ölkələrin 16 795 vətəndaşı iştirak edib.

Eyni tədqiqata əsasən, ukraynalıların 83%-i Ukraynanın Avropa İttifaqına üzv olmasının tərəfdarıdır.

Qeyd edək ki, növbəti illərdə Ukraynanın Avropa İttifaqına üzvlüyünə ən skeptik münasibət Almaniya və Rumıniyadadır. Fikri soruşulan almanların 41%-i, rumınların isə 40%-i Ukraynanın inteqrasiyasını dəstəkləyir.

Ukraynanın sürətləndirilmiş qaydada üzvlüyünün tərəfdarlarının ən yüksək göstəricisi İsveçdə qeydə alınıb, fikri soruşulanların 69%-i bu prosesin lehinə çıxış edib.

Məlumat üçün bildirək ki, oktyabrın 12-də Avropa İttifaqının bütün üzvləri Ukrayna üçün 2-ci və 3-cü klasterlərin açılmasına razılıq veriblər.

Oxşar