Sorğuya əsasən, almanların 53%-i müharibə başa çatana qədər Ukraynaya dəstəyin davam etdirilməsinin tərəfdarıdır, 45%-i isə əleyhinədir
“Stern” jurnalı üçün “Forsa Institute” tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, tədqiqatda iştirak edən almanların 53%-i müharibə başa çatana qədər Ukraynaya dəstəyin davam etdirilməsinin tərəfdarıdır, 45%-i əleyhinədir, 2%-i isə dəqiq mövqeyə malik deyil.
Tədqiqat həmçinin hansı partiyanın tərəfdarlarından neçə faizin Ukraynaya dəstəyin davam etdirilməsini dəstəklədiyini və ya buna qarşı olduğunu göstərir.
Sorğuya əsasən, “Xristian-Demokrat İttifaqı”nın (CDU) tərəfdarlarının 75%-i Ukraynaya yardımın davam etdirilməsinin tərəfdarıdır, 23%-i isə əleyhinədir.
“Almaniya üçün Alternativ” (AfD) tərəfdarlarının 84%-i Ukraynaya yardımın davam etdirilməsinə qarşı çıxır, yalnız 14%-i bunu dəstəkləyir.
Davam edən müharibədə ukraynalılara dəstəyin ən yüksək göstəricisini “Yaşıllar Partiyası”nın (Greens) tərəfdarları nümayiş etdiriblər. Onların nisbəti 85% təşkil edir, yalnız 13%-i bunun əleyhinədir.
Məlumat üçün bildirək ki, “Forsa Institute” tədqiqat təşkilatı tədqiqatı noyabrın 5-6-da keçirib. Tədqiqatda 1 001 vətəndaş iştirak edib. Tədqiqatın səhv marjası ±3%-dir.