Sorğunun nəticələrinə görə, almanların əksəriyyəti Fridrix Mertsin ilin sonunadək vəzifəsindən istefa verəcəyini gözləyir

14:31, 18.09.2026

Almaniyada keçirilən sorğunun nəticələrinə görə, respondentlərin demək olar ki, yarısı ölkə kansleri Fridrix Mertsin ilin sonunadək vəzifəsindən istefa verəcəyini gözləyir.

YouGov tədqiqat mərkəzinin keçirdiyi sorğuya əsasən, sorğuda iştirak edən 1 611 yetkin şəxsin 48 faizi Mertsin ilin sonunadək vəzifəsindən istefa verəcəyini gözləyir, 31 faizi onun vəzifəsində qalacağını düşünür, 21 faizi isə suala cavab verməyib.

Medianın məlumatına görə, son aylarda reytinqi kəskin şəkildə aşağı düşən Mertsin partiyasının bazar günü Almaniyanın iki federal torpağında keçiriləcək seçkilərdə, ehtimal ki, məğlub olacağı gözlənilir.

Son sorğulara əsasən, Meklenburq-Ön Pomeraniyada “Xristian Demokrat İttifaqı”nın (CDU) təxminən 7 faiz dəstəyi var. Əgər bu nəticə təsdiqlənərsə, bu, CDU üçün İkinci Dünya müharibəsindən sonra Almaniyanın 16 federal torpağında və ya federal səviyyədə ən pis nəticə olacaq.

Bununla yanaşı, medianın məlumatına görə, Berlində solçular CDU-nu cüzi fərqlə qabaqlayırlar ki, bu da paytaxtın hazırkı merini vəzifəsini itirmək riski ilə üz-üzə qoyur.

Qeyd edək ki, sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhalt torpağında parlament seçkiləri keçirilib. Burada sağ ifratçı “Almaniya üçün Alternativ” partiyası səslərin 44 faizini, hakim “Sosial Demokratlar İttifaqı” isə 18 faizini alıb.

Oxşar