Sorğulara əsasən, Donald Tramp dörd “tərəddüdlü” ştatda – Corcia, Arizona, Nevada və Şimali Karolinada, Kamala Harris isə Viskonsin və Miçiqanda liderlik edir

14:05, 05.11.2024

 
Sorğulara əsasən, Donald Tramp dörd “tərəddüdlü” ştatda – Corcia, Arizona, Nevada və Şimali Karolinada, Kamala Harris isə Viskonsin və Miçiqanda liderlik edir. Bu barədə məlumatı “BBC” yayır.

Nəşrə əsasən, Pensilvaniya və Miçiqanın “tərəddüdlü” ştatları ABŞ prezident seçkilərində mühüm əhəmiyyət kəsb edən yeddi “tərəddüdlü” ştat arasında həlledici ştatlardır. Bir neçə onilliklər ərzində Miçiqan sakinləri stabil olaraq Demokratlara səs verirdilər, lakin bu tendensiya 2016-cı ilin seçkilərində Donald Tramp tərəfindən pozuldu. Hərçənd, 2020-ci ildə yenidən Demokratların namizədi, hazırkı prezident Co Bayden Miçiqanda qalib gəldi.

Ən çox Pensilvaniyanın 19 kollegiya üzvü var, Miçiqanın isə 15. Növbəti 5 ştatda isə kollegiyanın üzvləri belə bölünürlər: Corcia – 16, Arizona – 11, Nevada – 6, Şimali Karolina – 16, Viskonsin – 10.

Seçicilər Kollegiyasında ümumilikdə 538 nümayəndə var və prezidentliyə namizəd seçkilərdə qalib gəlmək üçün 270 səs qazanmalıdır. Məlumat üçün bildirək ki, Kamala Harris və Donald Tramp tərəfdarları ilə son görüşlərini Pensilvaniya və Miçiqan ştatlarında keçiriblər.

Oxşar