Sopo Caparidze - İvanişvili Mixeil Saakaşviliyə Avropa İttifaqının bayrağını birinci olaraq qaldırmasını, ölkəmizin inkişafını bağışlaya bilmir
Sopo Caparidze - İvanişvili Mixeil Saakaşviliyə Avropa İttifaqının bayrağını birinci olaraq qaldırmasını, ölkəmizin inkişafını bağışlaya bilmir

 

İvanişvili məhkəməni siyasi qisas yerinə çevirib. Mixeil Saakaşvili İvanişvilinin şəxsi əsiridir və bunu həm ölkə daxilində, həm də ölkədən kənarda hamı etiraf edir – “Milli Hərəkat”ın lideri Sopo Caparidze bildirib.

“Bu, İvanişvilinin növbəti dırnaqarası məhkəmə prosesidir. Bu binada ədalətdən başqa hər şey var, biz gündəlik olaraq yalnız siyasi qisasın şahidi oluruq. Mixeil Saakaşvili İvanişvilinin şəxsi əsiridir və bunu həm ölkə daxilində, həm də ölkədən kənarda hamı etiraf edir. İvanişvili ölkəmizi Rusiyaya təslim etməməsini ona bağışlaya bilmir. Avropa İttifaqının bayrağını birinci olaraq qaldırmasını bağışlaya bilmir. Bu gün İvanişvili və onun komandası tərəfindən tapdalanan bayraq və ölkəmizin inkişafını bağışlaya bilmir. Bura həmrəylik üçün gəldim, çünki bu binada hakimlərin obyektiv hökm çıxaracağına dair kiminsə gözləntisinin olması imkansızdır” – Sopo Caparidze bildirib.